ALPINE Sägekettenöl BIO

Alpine RS 0W-30

Alpine RS 0W-30 məhsuldarlığı artıran və sürtünməni azaldan hidrokrekinq texnologiyası ilə alınan sintetik mühərrik yağıdır. O minik avtomobillərinin müasir benzin və dizel mühərriklərinə qoyulan ən sərt tələbləri qarşılayır. Ən müasir texnologiya sintezi ilə alınan baza yağları və onlara uyğunlaşdırılmış müasir əlavələr kompleksi cari tələbləri geridə qoyan sürtkü yağının hazırlanması üçün bir araya gətirilmişdirlər. O soyuq mühərrikin asanlıqla işə salınmasını və etibarlı yağlanmasını təmin edir. Məhsul ekstremal yüklənmələr və yüksək temperatur şəraitində etibarlı müdafiəni təmin edir. Tətbiq olunan sintetik komponentlərə xüsusi olaraq uyğunlaşdırımış və ən son texnologiya əsasında hazırlanmış aktiv maddələrin xüsusi kombinasiyası yeyilmədən, eləcə də çöküntülərin və qara çirkin əmələ gəlməsindən qorunmanı və mühərrikin mükəmməl təmizliyini təmin edir. Yanacaq sərfiyyatını azaltdığı üçün, Alpine RS 0W-30, işlənmiş qaz emissiyasının azalması sayəsində, ekologiyanın qorunmasına şərait yaradır.

Alpine RS 0W-30 ən yeni nəsil benzin və dizel mühərrikli minik avtomobilləri üçün nəzərdə tutulmuş premium məhsuldur. Minik avtomobilləri üçün mühərrik yağlarına qoyulan ən sərt tələbləri, hətta yağın dəyişdirilmə intervalları arasındakı müddət böyük olduğu halda belə, artıqlaması ilə qarşılayır.
İstehsalçının təlimatlarına riayət edin!

Məhsul Kateqoriyası: Minik Avtomobillər Üçün

ACEA A3/B4
API SL/CF

BMW Longlife-01
MB 229.5 / 229.3
Opel GM-LL-A-025 / GM-LL-B-025
Renault RN 0700 / 0710
Volvo VCC 95200356
VW 502 00 / 505 00

TƏRƏFDAŞLARIMIZ