ALPINE Sägekettenöl BIO

Alpine Longlife III 5W-30

Alpine Longlife III 5W-30 benzin və dizel mühərrikli minik avtomobilləri üçün nəzərdə tutulmuş məhsuldarlığı artıran və sürtünməni azaldan hidrokrekinq texnologiyası ilə alınan sintetik mühərrik yağıdır. Bu məhsulun tərkibində kükürd, kül və fosfor aşağı səviyyədədir (aşağı SAP-tərkibli). Ən müasir texnologiya sintezi ilə alınan baza yağları və onlara uyğunlaşdırılmış effektiv əlavələr kompleksi sulfat külünü azaltmağa və mühərrikin yeyilmədən qorunmasını və mükəmməl təmizliyini təmin edirlər. Soyuq mühərrikin asanlıqla işə salınmasını və etibarlı yağlanmasını təmin edir. Məhsul ekstremal yüklənmələr və yüksək temperatur şəraitində etibarlı müdafiəni təmin edir. Alpine Longlife III 5W-30 istənilən əməliyyat şəraitində tətbiq oluna bilər və zərərli qazların emissiyasının azalması sayəsində ekologiyanın qorunmasına şərait yaradır.

Alpine Longlife III 5W-30 xüsusi olaraq müasir minik avtomobillərinin mühərrikləri üçün yaradılmışdır. O işlənmiş qazların neytrallaşdırılması sistemlərinə malik olan BMW, Mercedes-Benz və VW/Audi mühərrikləri üçün xüsusilə tövsiyə olunur.

Alpine Longlife III 5W-30 işlənmiş qazların neytrallaşdırılması sistemlərinin istismar müddətini artırır və onların effektivliyini yaxşılaşdırır.
İstehsalçının təlimatlarına riayət edin!

Məhsul Kateqoriyası: Minik Avtomobillər Üçün

ACEA C3

VW-Norm 504 00/507 00
MB-approval 229.51
BMW Longlife-04

TƏRƏFDAŞLARIMIZ